XƏBƏRLƏR
3607 Arxiv

2016.06.09

Azərbaycanlı zooloqun beynəlxalq səviyyədə tanınması

Araxnologiya laboratoriyasının böyük elmi işçisi, b.ü.e.d.  Natalya Sneqovaya uzun illər ərzində AMEA Zoologiya İnstitutunun Entomologiya şöbəsində çalışır.N.Sneqovaya elm üçün ilk dəfə olaraq müxtəlif sistematik qruplara daxil olan 60-dan çox yeni növ təsvir etmişdir. Paralel olaraq iki xarici jurnalda – Rusiya və ABŞ-nın “Entomoloji Cəmiyyəti”-nin əsərlərində nəşr edilən məqalələrdə təsvir edilən yeni növlərin b.ü.e.d. N.Sneqovayanın şərəfinə adlandırılması azərbaycanlı tədqiqatçının yüksək professionallığının beynəlxalq səviyyədə tanınmasının sübutudur. Hər iki məqalənin müəllifləri materialın toplanmasında və elmi materialın təyin edilməsində azərbaycanlı tədqiqatçıya minnətdarlıqlarını bildirir.

AMEA Zoologiya İnstitutunun rəhbərliyi və elmi-yaradıcı kollektivi Natalya xanımı təbrik edir, elmi yaradıcılığında yeni uğurlar arzulayır.