XƏBƏRLƏR
2532 Arxiv

2019.06.19

AMEA Zoologiya İnstitutunun direktoru Rusiya Elmlər Akademiyasında ezamiyyətdə olub

3-9 iyun 2019-cu il tarixlərində AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov Rusiya Elmlər Akademiyası Bitki və heyvanların ekologiyası İnstitutunda ezamiyyətdə olub. Ezamiyyət zamanı bağlanmış müqavilə əsasında beynəlxalq laboratoriyanın yaradılması müzakirə edilib. Yeni yaradılacaq laboratoriyada Ural və Azərbaycanın bioloji müxtəlifliyinin birgə müqayisəli analizi, suda-quruda yaşayanların genetik dəyişikliyinin öyrənilməsi, onların statusunun müəyyənləşdirilməsi,  paleoentomoloji məlumatların cəlb edilməsi əsasında regionun quru biogeosenozlarının tarixinin əsas tərkib hissəsi kimi Azərbaycanda pleystosen və holosendə entomokomplekslərin formalaşması proseslərinin rekonstruksiyası (yenidən qurulması), köçən quşların miqrasiya yolları, eyni zamanda heyvanların ekologiyasının tarixi və populyasiyalarının analizi işləri və s. tədqiqatlar aparılacaq.

Ezamiyyət zamanı həmçinin bir sıra gənc alimlər üçün elmi rəhbərlər və yeni elmi istiqamətlər müəyyənləşdirilib.