XƏBƏRLƏR
2721 Arxiv

2019.06.19

AMEA Zoologiya İnstitutu və Çelyabinsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA Zoologiya İnstitutu ilə Çelyabinsk Dövlət Universiteti arasında birgə tədqiqatlar haqqında müqavilə imzalanıb. Əsas məqsəd institutun multidisiplinar  tədqiqatlarının daha da genişləndirilməsindən ibarətdir. Belə ki, Rusiya ərazisində yerləşən Tunc Dövrünə aid  Arkaim qoruq-muzeyi, Qobustan tarixi-bədii qoruğu, AMEA Zoologiya və Arxeologiya İnstitutları arasında birgə tədqiqatların aparılması planlaşdırılır. Hər iki tarixi-bədii qoruğun yaranması eyni dövrə təsadüf edir və eyni  landşaftda yerləşirlər. Lakin aralarında böyük məsafə olmasına baxmayaraq hər iki yaşayış məskənində elmi-paleozooloji tədqiqatların aparılması planlaşdırılır. Böyük İpək Yoluna düşən həmin yaşayış məskənlərindən tapılmış əhli və  vəhşi heyvanların morfoloji göstəriciləri, həmin dövr sakinlərinin həyat tərzinin müqayisəli öyrənilməsi planlaşdırılır. Bu məqsədlə AMEA Zoologiya İnstitutu direktoru fizika üzrə fəlsəfə doktoru Elman Yusifov görkəmli arxeoloq, Çelyabinsk Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Arkaim tarixi-mədəni qoruğunun direktor müavini, tarix elmləri doktoru Q.B.Zdanoviç ilə  görüşüb. Görüş zamanı cari ilin oktyabr ayında Bakıda Tunc Dövrünə aid yaşayış məskənlərindəki müqayisəli paleozooloji təqdiqatların aparılması haqqında işçi-seminarın keçirilməsi üçün razılıq əldə edilib.