XƏBƏRLƏR
260 Arxiv

2019.06.04

AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün düşərgə təşkil ediləcək

“Mərdəkan” istirahət düşərgəsi AMEA əməkdaşlarının uşaqlarının yay tətilinin səmərəli keçirilməsi üçün yeni mövsümə start verir.

Düşərgədə 7-14 yaş arası məktəbli uşaqların istirahəti nəzərdə tutulur. İstirahət müddəti hər biri 14 gün olmaqla 5 növbədə təşkil edilir:

- I növbə: 20 iyun - 04 iyul;

- II növbə: 7 iyul - 21 iyul;

- III növbə: 24 iyul - 8 avqust;

- IV növbə: 10 avqust - 24 avqust;

- V növbə: 27 avqust - 10 sentyabr .

Tələb olunan sənədlər:

- Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi;

- Sağlamlıq haqqında arayış.

Düşərgədə komfortlu kotteclərdə gündə 4 dəfə qidalanma, ingilis dili və rəqs məşğələləri, məntiqi-əyləncəli oyunlar, yarışmalar, diskoteka, ekskursiyalar, gündəlik idman nəzərdə tutulur. Kompleksin ərazisində hovuz, tennis, qum üzərində futbol və voleybol meydançaları var. Bundan əlavə, 24 saat həkim və kamera nəzarəti mövcuddur.

Bir növbə üçün adambaşı ödəniş haqqı 250 manatdır (100 manat valideyn tərəfindən, 150 manat isə institutun Həmkarlar Komitəsinin fondundan ödəniləcək).

Maraqlananlar AMEA Azad Həmkarlar İttifaqına müraciət edə bilərlər.

Ünvan: Bakı şəh., H.Cavid pros., 115.

Tel: (+994 12) 539 23 46, (+994 50) 282 19 80.

http://science.gov.az/news/open/10484