XƏBƏRLƏR
256 Arxiv

2019.05.29

Ekologiya sahəsindəki səmərəli fəaliyyətlərinə görə bir sıra alimlər təltif olunublar

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi uğurla başa çatdırılıb.

Layihə çərçivəsində müxtəlif zərərli maddələrlə çirklənmiş torpaqlar təmizlənib və həmin sahələrdə yaşıllıqlar salınıb, ərazilərin təbii mühiti bərpa edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən layihədə iştirak edən şəxslərin əməyi yüksək qiymətləndirilib. Belə ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tərəfindən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov layihənin icrasında xüsusi xidmətlərinə görə Fəxri fərmanla təltif olunublar. Bundan əlavə, nazirlik Azərbaycan Milli Elmlər Akademiyasına təşəkkür məktubu da ünvanlayıb.

http://science.gov.az/news/open/10471