XƏBƏRLƏR
2620 Arxiv

2019.05.27

AMEA Zoologiya İnstitutu magistrının dissertasiya işinin ilkin müzakirəsi keçirilib

2017-2019-ci tədris illərində AMEA Zoologiya İnstitutunun əyani magistrı olan Xədicə Qasıməliyevanın “Entomologiya” ixtisası üzrə “Bəzi yırtıcı növlərin (Rahidioptera, Mecoptera) bioekoloji xüsusiyyətlərinin riyazi modelləşdirilməsi” adlı magistr dissertasiyası mövzusunun ilkin müdafiəsi keçirilib.

Müdafiə komissiyasının üzvləri- biologiya üzrə elmlər doktoru, professor Elşad Əhmədov , biologiya üzrə elmlər doktoru Xalid Əliyev, biologiya üzrə fəlsəfə doktoru, dosent  Sara Əliyeva, biologiya üzrə fəlsəfə  doktoru Lalə Şirinova , biologiya üzrə fəlsəfə  doktoru, dosent İlhamə Kərimova, biologiya üzrə fəlsəfə doktoru, dosent Şükür Quliyev və Venera Məmmədova olublar. Müdafiə uğurla başa çatıb və magistr komissiya üzvlərinin müsbət rəyinə əsasən əsas müdafiəyə buraxılıb.