XƏBƏRLƏR
379 Arxiv

2019.05.21

Xərə Zirə (Bulla) adasına kompleks ekspedisiya ediləcək

AMEA Rəyasət Heyətinin uyğun qərarına əsasən Bakı və Abşeron arxipelağı adalarının təbiətinin kompleks öyrənilməsi ilə bağlı Xəzərin Xərə Zirə (Bulla) adasına 22-25 may 2019-cu il tarixlərində 4 günlük elmi ekspedisiya təşkil olunacaq. 

AMEA-nın bir sıra institutları (Zoologiya İnstitutu, Coğrafiya İnstitutu, Torpaqşunaslıq və Aqrokimya İnstitutu, Geologiya və Geofizika İnstitutu, Neft-Qaz institutu) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin əməkdaşları ilə birgə həyata keçirilən bu ekspedisiya Xərə-Zirə adasının təbiətinin ( flora-fauna, landşaft, vulkanizm, relyef, torpaq örtüyü və s. )  kompleks tədqiqinə həsr edilib.