XƏBƏRLƏR
2360 Arxiv

2019.05.15

Zoologiya İnstitutunda doktorant və dissertantların ixtisas fənni üzrə elektron test üsulu ilə minimum imtahanları keçirilib

AMEA Zoologiya İnstitutunda 14-15 may 2019-cu il tarixlərində doktorant və dissertantların “Zoologiya” və “Parazitologiya” ixtisasları üzrə minimum imtahanları keçirilib. 

Sessiyada ümumilikdə 6  nəfər imtahan verib.  İmtahan iştirakçıları yaxşı və əla qiymətlərlə qiymətləndirilib.

İmtahan 30 aprel 2019-cu il tarixində təsdiq olunmuş komissiya üzvlərinin iştirakı və AMEA Təhsil şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalovun  nəzarəti ilə keçib.