XƏBƏRLƏR
2459 Arxiv

2019.05.15

Görkəmli zooloq alim dünyasını dəyişib

AMEA Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının aparıcı elmi işçisi,biologiya üzrə fəlsəfə doktoru  Əhmədov Sahib Bəylər oğlu ömrünün 70-ci ilində vəfat edib.

Sahib Əhmədov 1 iyul  1949-cu ildə Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. 1956-cü ildə Xələfli kənd orta məktəbinə daxil olub, 1966-ci ildə orta məktəbi bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsinə daxil olub, 1972-ci ildə müvəffəqiyyətlə bitirib. 1972-1978-ci illərdə müxtəlif təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib. 1978-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasına daxil olub, 1981-ci ildə bu təhsil müəsisəsini bitirib. 1981-1984-cü illərdə Zoologiya İnstitutunda laborant, 1984-1992-ci illərdə kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. 1992-ci ildə biologiya elmləri doktoru Nikolay Nikolayeviç Şerbakın rəhbərliyi altında “Zaqafqaziyanın ssink kərtənkələləri” mövzusunda uğurla dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2011-ci ildə  isə dosent elmi adını alıb. O, 2006-2017-ci illərdə Zoologiya İnstitutunun Herpetologiya laboratoriyasının müdiri, 2017-ci ildən isə Quru Onurğalıları laboratoriyasının aparıcı elmi işçisi vəzifəsində çalışıb.

Görkəmli alim, əsl ziyalı və gözəl insan Sahib Əhmədovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!