XƏBƏRLƏR
2040 Arxiv

2019.05.13

Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsində yetişdirilən kənd təsərrüfatı məhsulları əməkdaşlara paylanıb

AMEA-nın İşlər İdarəsi tərəfindən Zoologiya İnstitutunun Ağsu Təcrübə Dayaq Məntəqəsi ərazisinə verilən istixanalarda yenidən kənd təsərrüfatı məhsulları yetişdirilir.  Hazırda AMEA Zoologiya İnstitutunun əməkdaşları tərəfindən Ağsu Təcrübə Dayaq Məntəqəsində yetişdirilən tərəvəz bitkilərinin ziyanvericiləri və onların entomofaqları üzərində tədqiqatlar aparılır. Məntəqə ərazisində yetişdirilmiş kənd təsərrüfatı məhsulları özünün dad keyfiyyətinə görə seçilirlər. Təcrübələr nəticəsində alınmış məhsullar (xiyar)  AMEA Zoologiya İnstitutunun əməkdaşlarına (350 kq) və AMEA-nın İşlər İdarəsinə (160 kq) verilib.