XƏBƏRLƏR
2153 Arxiv

2019.05.10

AMEA Zoologiya İnstitutu və REA Ural şöbəsinin Bitki və Heyvanların Ekologiyası İnstitutu arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA Zoologiya İnstitutu və Rusiya Emlər Akademiyasının Ural şöbəsinin Bitki və Heyvanların Ekologiyası İnstitutu arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Tərəflər aşağıdakı aktual elmi problemlər üzrə birgə tədqiqatlar aparacaqlar: multidissiplinar tədqiqatlar (riyazi modelləşdirmə, genetik tədqiqatlar və s.) kosmik foto materialların deşifrəsi, bioloji resursların qiymətləndirilməsi, Xəzər dənizinin bioloji müxtəlifliyini birgə öyrənmək üçün beynəlxalq laboratoriyanın yaradılması, Xəzər dənizinin faunasının kadastrının hazırlanması, Ural və Azərbaycan faunasının müqayisəli analizi, “Binəqədi faunası” üzrə paleozooloji tədqiqatların aparılması.