XƏBƏRLƏR
3359 Arxiv

2016.06.06

AMEA Zoologiya İnstitutunda doktorant və dissertantların ixtisas fənni üzrə elektron test üsulu ilə minimum imtahanları keçirilir

AMEA Zoologiya İnstitutunda 6 iyun 2016-cı il tarixindən etibarən doktorant və dissertantların “Zoologiya”, “Entomologiya” və “Parazitologiya” ixtisasları üzrə minimum imtahanları keçirilir. Öncə institutda imtahanlara hazırlıq məqsədi ilə doktorant və dissertantlara ümumi qaydalar haqqında zəruri məlumatlar verilmişdir. 

Qeyd edək ki, AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün ixtisas fənni üzrə minimum imtahanları bu il ilk dəfə olaraq elektron test üsulu ilə keçirilir. Bu sessiyada ümumilikdə 11 nəfər imtahan vermişdir. İmtahanlar iyunun 7-dək davam etmişdir.

18 may 2016-cı il tarixində təsdiq olunmuş komissiya üzvləri imtahanda iştirak ediblər. Həmçinin AMEA Təhsil şöbəsinin müdiri, k.ü.f.d Ömər Gülalov yoxlama qismində imtahana nəzarət edib.