XƏBƏRLƏR
267 Arxiv

2019.05.06

Botanika İnstitutunda məktəblilər üçün açıq dərs keçirilib

Akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdləri üçün AMEA-nın Botanika İnstitutunda açıq dərs keçirilib.

Açıq dərsdə institutun Alqologiya və lixenobriologiya laboratoriyasının rəhbəri, b.ü.f.d. Şəkər Muxtarova bitkilərin növ müxtəlifliyi, Azərbaycanın Qırmızı kitabı və endem bitkiləri haqqında məruzə ilə çıxış edib. Ş.Muxtarova məruzəsində Azərbaycan florasına aid endem və nadir, eləcə də dərman və s. bitkilərin təbii yayılma əraziləri, onların əhəmiyyəti, mühafizə problemləri barədə danışıb.

Bundan əlavə, b.ü.f.d. Pərvanə Qaraxni Azərbaycanın zəngin bitki müxtəlifliyi, onların qorunması və tədqiqində müəssisənin Herbari Fondunun rolu haqqında geniş məlumat verib, burada saxlanılan bəzi tarixi nüsxələri göstərib. Həmçinin mikologiya və alqologiya üzrə yenilənmiş herbari kolleksiyası, Botanika Muzeyində nümayiş olunan Hirkan meşələrinin bəzi relikt ağac növlərini əks etdirən “Azərbaycanın yaşıl xəzinəsi” adlı sərgi və interaktiv xəritə məktəblilərdə böyük maraq yaradıb.

http://science.gov.az/news/open/10326