XƏBƏRLƏR
2294 Arxiv

2019.05.03

Genetik xəstəliklərin yaranmasına səbəb olan mutasiyaların tapılması metodları müzakirə olunub

Azərbaycan Tibb Universitetinin Sinir xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Aytən Məmmədbəyli və Böyük Britaniya UCL Nevrologiya İnstitutunun alimi, professor Henri Houlden AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda olublar.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşdə müəssisədə insan genetikası və digər sahələrdə aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib.

Bundan əlavə, tibbi genetika, xəstəliklərin yeni nəsil sekvenser cihazlarında təyini, nadir rast gəlinən genetik xəstəliklərin yaranmasına səbəb olan mutasiyaların tapılması metodları, gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanları və eyni zamanda bu istiqamətdə kadr hazırlığı məsələləri geniş müzakirə edilib.

Daha sonra qonaqlar institutun Biotexnologiya şöbəsi və onun nəzdində fəaliyyət göstərən laboratoriyalarla tanış olublar.

http://science.gov.az/news/open/10320