XƏBƏRLƏR
1900 Arxiv

2019.05.01

Zoologiya İnstitutunun əməkdaşı elmi-praktiki seminarda iştirak edib

26 aprel 2019-cu il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda "Damazlıq quşçuluğun mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda elmi-praktiki seminar keçirilib. AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Reyhan İbrahimova “Azərbaycanda quşçuluğun müasir parazitoloji vəziyyəti və onlara qarşı mübarizə tədbirləri ” adlı təqdimatla çıxış edib. Seminarda həmçinin, Göygöl rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin nüməyəndələri, ADAU-nun, Əkinçilik, Bitki mühafizə və TB, Baytarlıq elmi-tədqiqat institutlarının mütəxəssisləri, quşçuluq üzrə ekspertlər, böyük quşçuluq fabriklərininnümayəndələri və fermerlər də iştirak edib, bu sahənin hazırkı vəziyyəti, kadr potensialı, əsas problemləri, onların həlli yolları və inkişaf perspektivləri haqqında geniş məruzələrlər aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.