XƏBƏRLƏR
3762 Arxiv

2016.06.06

İnstitutun əməkdaşı b.ü.f.d. Fuad Rzayev ekspedisiyada olmuşdur

AMEA Zoologiya Institutunun “Su heyvanlarının parazitləri” laboratoriyasının elmi işçisi, b.ü.f.d. Fuad Rzayev 10.05.2016 - 17.05.2016-cı il tarixlərində “Balıqartırma zavodlarında (Qəbələ, Çaykənd, Qaradağ) yetişdirilən və dəniz suyuna uyğunlaşma dövrünü keçən 1 illik qızılbalıq körpələrinin parazitlərlə yoluxma dinamikası, fərdi forelçilik təsərrüfatlarında isə forel körpələrinin başlıca patogen parazitlərinin müəyyən edilməsi” mövzunun planına uyğun Xaçmaz rayonunun Nabran kəndində fəaliyyət göstərən xüsusi forelçilik təsərrüfatında ekspedisiyada olmuşdur. Həmin müddət ərzində təsərrüfatda yetişdirilən bir yaşa qədər və törədici balıqların saxlanılma şəraiti, onların sıxlığı, qidalandırılması, yemin tərkibi, çoxaldılma texnologiyası, balıqların saxlanılması üçün istifadə olunan qaynama bulaq suyunun mənbəyi, kimyəvi tərkibi, temperaturu, parazitoloji xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması haqqında məlumat toplamışdır. Eskpedisiya müddətində müxtəlif yaş qruplarından olan forellər təsərrüfat şəraitində tam parazitoloji yarma üsulu ilə tədqiq olunmuş, bəziləri isə 4%-li formalində fiksə olunaraq laboratoriyaya gətirilmişdir.

Bundan əlavə balıqlarda parazitlik edən bəzi helmintlərin (trematod, tikanbaşlı) aralıq sahibləri olan yanüzən xərçənglər və mollyuskalar da toplanılaraq diri halda tədqiq olunması üçün laboratoriyaya gətirilmişdir.