XƏBƏRLƏR
2053 Arxiv

2019.04.30

AMEA Zoologiya İnstitutunda Xəzərin Xərə Zirə (Bulla) adasına ekspedisiya öncəsi müzakirələr aparıldı

30 aprel 2019-ci il tarixində AMEA Zoologiya İnstitutunda Xəzərin Xərə Zirə (Bulla) adasına təşkil olunacaq kollektiv ekspedisiya haqqında  müzakirələr aparıldı.

Müzakirə zamanı elmi tədqiqat işlərinin istiqaməti və texniki təchizat məsələlərindən danışıldı.

30 nəfərlik ekspedisiya qrupuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA-nın Zoologiya, Neft və Qaz, Geologiya, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya İnstitutlarının və Mərkəzi Nəbatat bağının əməkdaşlarının iştirakı nəzərdə tutulur.