XƏBƏRLƏR
2426 Arxiv

2019.04.30

AMEA Zoologiya İnstitutunun əməkdaşlarına bağçılıq-bostançılıqla məşğul olmaq üçün torpaq sahələri paylandı

AMEA Zoologiya İnstitutunun əməkdaşlarına AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, Xızı rayonunun Yarımca kəndi yaxınlığında yerləşən torpaq sahəsindən bağçılıq-bostançılıqla məşğul olmaq istəyən AMEA əməkdaşlarının hər birinə, müvəqqəti istifadə üçün nəzərdə tutulan 10 (on) sot torpaq sahəsinin paylanması  başa çatdı.

Torpaq sahələrinin müraciət edən əməkdaşlar arasında paylanması və seçilməsi püşk atma yolu ilə həyata keçirildi.