XƏBƏRLƏR
2187 Arxiv

2019.04.26

Zoologiya İnstitutunun əməkdaşı YAP Yasamal Rayon Gənclər Birliyinin yeni idarə heyətinə üzv seçilib

YAP Yasamal Rayon Təşkilatının qərargahında Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının V hesabat seçki konfransı keçirilib. Konfransda AMEA Zoologiya İnstitutunun doktorantı Ləman Dadaşova YAP Yasamal Rayonunun Gənclər Birliyinin yeni idarə heyətinə üzv seçilib.

Qeyd edək ki, Ləman Dadaşova 2017-ci ilin mart ayından etibarən Zoologiya İnstitutunun YAP Yasamal Rayonu 504-cü məhəllə ərazi ilk partiya təşkilatının sədr müavini kimi aktiv fəaliyyət göstərir.