XƏBƏRLƏR
519 Arxiv

2019.04.25

AMEA Zoologiya İnstitutunda multidissiplinar tədqiqatlar davam edir

AMEA Rəyasət Heyəti tərəfindən AMEA İnstitutları qarşısında dünya elminə, müasir  elmi istiqamətlərə inteqrasiya, o cümlədən multidisiplinar tədqiqatların təşviqi kimi hədəflər qoyulub. Bu məqsədlə AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində “Riyazi Biologiya” qrupu yaradılıb.

Zoologiya İnstitutunda başlanmış multidisiplinar tədqiqatlar öz bəhrəsini verməkdədir. İnstitutun alimləri tərəfindən ilk dəfə olaraq Hörümçəkkimilərin trofik rəqabət əlaqələrinin qeyri-xətti difensial tənliklərlə riyazi modeli qurulub. Qurulan model yüksək adekvatlıq göstərib. Əməkdaşların tədqiqat işlərinin nəticəsi-“Hörümçəkkimilərin növlərarası rəqabət münasibətlərinin say dinamikasının riyazi modeli” məqaləsi impakt faktorlu "Математическое моделирование" jurnalında dərc edilib.   

http://www.mathnet.ru/php/archive.phtml?wshow=paper&jrnid=mm&paperid=4068&option_lang=rus