XƏBƏRLƏR
2232 Arxiv

2019.04.18

“Azərkosmos” ASC və AMEA İnstitutları arasında əməkdaşlıq təklifləri müzakirə edildi

 “Azərkosmos” ASC, AMEA Zoologiya İnstitutu və AMEA Riyaziyyat və Mexanika İnstitutu arasında “Neft-qaz boru kəmərlərinin (BTC, BTƏ, TAP və s.) Azərbaycan hissəsinin ətraf ərazilərinin bioloji müxtəlifliyinə təsirinin monitorinqinin aparılması (Hər 5 ildən bir), “İqlim dəyişmələrinin Azərbaycanın buzlaqlarına və subnival qurşağın bioloji müxtəlifliyinə təsirinin modelləşdirilməsi”, “Meşə yanğınlarının modelləşdirilməsi”, “Palçıq vulkanları püskürmələrinin bioloji müxtəlifliyə, insanların həyat fəaliyyətinə təsirinin modelləşdirilməsi” , “Xəzər dənizi adalarının ekosistemlərinin monitorinqi”, “Şahdağ Milli Parkı ərazisinin bioloji müxtəlifliyinin GİS xəritələşdirilməsi, risklərin modelləşdirilməsi”, “Kənd təsərrüfatı bitkilərinin təbii tozlandırıcılarının ekoloji əlaqələrinin məhsuldarlığa təsirinin modelləşdirilməsi” məsələlər üzrə birgə əməkdaşlıq müzakirə edildi. Növbəti görüşdə fəaliyyət planını daha da dəqiqləşdirmək və AMEA rəhbərliyinə konkret təkliflərin verilməsi qərara alındı.