.jpg)
2019.04.12
Azərbaycan və Orta Ural ərazilərinin fauna müxtəlifliyinin müqayisəli tədqiqatlarına başlanacaq
10-17 mart 2019-cu il tarixlərində AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov Rusiya Elmlər Akademiyası Bitki və heyvanların ekologiyası İnstitutunun direktoru M.Q.Qolovatinin dəvəti ilə həmin institutda ezamiyyətdə olub. Görüşün əsas məqsədi Ural dairəsi ilə Azərbaycan ərazilərinin bioloji müxtəlifliyinin, o cümlədən Xəzər hövzəsi çaylarının hidrofaunasının müqayisəli analizi, birgə əməkdaşlıq müqaviləsinin hazırlanması olub.
RF Bitki və Heyvanların Ekologiyası İnstitutunun “Ov heyvanlarının ekologiyası” laboratoriyası tərəfindən aşağıdakı istiqamətlər üzrə tədqiqat işlərinin aparılması təklif edilib.
1. Qafqaz və Ural dağlarının müxtəlif meşə örtüyündə məməlilərin fauna tərkibinin təhlili və fauna müxtəlifliyinə təsir edən amillərin axtarışı
2. Qafqaz vəUral dağ ekosistemlərində məməlilərin növdaxili strukturu
3. Ural və Azərbaycanın müxtəlif təbii zonalarında Vulpes Vulpes tülkü növünün morfoloji xüsusiyyətlərinin müqayisəli xarakteristikası. İqlim dəyişkənliyinin tülkünün morfologiyasına təsiri. Tülkünün xronoqrafik dəyişkənliyinin tədqiqi (uzun müddət ərzində materialın toplanması halında)
4. Amerika yenotunun Şimali Amerika (Procyon lotor) növünün və yenotabənzər itin Uzaq Şərq növünün invaziv populyasiyalarının morfoloji və genetik xüsusiyyətləri
5. Meşə dələsi (Martes martes),daşlıq dələsi (Martes foina), gəlincik (Mustela erminea), adi vaşaqın (Lynx lynx) Qafqaz yarımnövlərinın yayılması və coğrafi dəyişməsi
6. Avrasiyanın dırnaqlılarının (vəhşi qaban, sibir cüyürü) müasir genetik müxtəlifliyinin formalaşmasında Qafqazınvə Zaqafqaziyanın rolu