XƏBƏRLƏR
2188 Arxiv

2019.04.12

Azərbaycanın heyvanlar aləminin parazitologiya şöbəsi üzrə taksonomik spektrinin müzakirəsi aparıldı

11 aprel 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda  Azərbaycan heyvanlar aləminin parazitologiya şöbəsi üzrə taksonomik spektrinin müzakirəsi ilə bağlı iclas keçirildi. Seminarda Parazitologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qara Fətəliyev çıxış edərək, Azərbaycan faunasının taksonomik spektri ( Parazitologiya şöbəsi üzrə ) haqqında ətraflı məlumat verdi. Daha sonra Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Şaiq  İbrahimov mövzu haqqında öz rəyini bildirdi və bu taksonomik spektri yüksək qiymətləndirdiyini qeyd etdi.

Mövzu ətrafında geniş müzakirələr aparıldıqdan və təkliflər dinlənildikdən sonra “Azərbaycanın heyvanlar aləminin  parazitologiya şöbəsi üzrə taksonomik spektri” səs çoxluğu ilə qəbul olundu.