XƏBƏRLƏR
2393 Arxiv

2019.04.04

AMEA Zoologiya İnstitutunun əməkdaşı “Elm günü”nə həsr olunan seminarda çıxış edib

Prezident cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Elm günü” təsis edilib. Həmin Sərəncama əsasən, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunması qərara alınıb.  Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qərarı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq  4 aprel 2019-cu il tarixində “Elm günü” ilə bağlı AMEA Zoologiya İnstitutu Bakı Dövlət Universitetində seminar təşkil etdi. Seminarda institutun Quru onurğalıları laboratoriyasının  aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent  Elçin Sultanov BDU-nun Biologiya fakultəsinin Zoologiya kafedrasında “Azərbaycanın quşlar aləmi və onun ölkədə ekoloji turizmin inkişafında rolu” mövzusunda çıxış etdi. Çıxış dinləyicilər tərəfindən maraqla qarşılandı.

Sonda mövzu ilə bağlı suallar cavablandırıldı.