XƏBƏRLƏR
2972 Arxiv

2019.03.18

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Dendrologiya İnstitutunda olublar

Naxçıvan Muxtar Respublikasının məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində AMEA-nın Dendrologiya İnstitutunda  olublar.

Qonaqları Xəzər Rayon İcra Hakimiyyətinin (XRİH) məsul işçiləri və Dendrologiya İnstitutunun əməkdaşları qarşılayıblar.

XRİH-nin şöbə müdiri Gülbala Qurbanov tur-aksiyanın şagirdlərin biliklərinin artırılmasında və dünyagörüşlərinin formalaşmasında önəmli rol oynayacağını söyləyib.

Daha sonra məktəblilərə Dendrologiya İnstitutunun tarixi və böyük xeyriyyəçi, neft milyonçusu Murtuza Muxtarov haqqında məlumat verilib.

Sonda qonaqlar müəssisənin 1800 növ ağac və kol bitkiləri, müasir standartlara cavab verən oranjeriyaları, gül-bəzək ekspozisiyaları, mədəni və dekorativ bitkiləri, fond kolleksiyaları ilə tanış olublar.

http://science.gov.az/news/open/10005