XƏBƏRLƏR
3506 Arxiv

2016.05.26

Zoologiya İnstitutunda 3 sutkalıq 1000 cücə üzərində tədqiqatlar aparılır

Respublikamız müstəqillik qazandıqdan sonra dövlətin inkişafına əsas önəm verdiyi sahələrdən biri olan kənd təsərrüfatının qarşısında əhalinin  ekoloji təmiz, keyfiyyətli, təhlükəsiz quş əti və quş məhsulları ilə fasiləsiz təmin edilməsi məsələsi qoyulmuşdur. AMEA Zoologiya institutunun Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları laboratoriyasında quşçuluğun inkişafına ciddi maneə olan koksidioz zamanı toyuq cücələrinin orqanizmdə baş verən biokimyəvi dəyişiklikləri aydınlaşdırmaq, müalicə məqsədilə yerli bitkilərdən istifadə etmək və bu zaman sahibin orqanizmin biokimyəvi, fizioloji göstəricilərində baş verən dəyişkənlikləri və qarşılıqlı parazit-sahib münasibətlərini aydınlaşdırmaq istiqamətində tədqiqatlar aparılır. Hazırda laboratoriyada tərkibində efir yağları və alkaloidlər olan bitkilərin koksidiozun müalicəsində tətbiqi perspektivləri araşdırılır. Bu məsələnin həlli üçün bitki ekstraktlarının müxtəlif cinslərdən olan cücələrin koksidiozunun müalicəsində qanın hematoloji, bəzi biokimyəvi göstəricilərinın dinamikasına və transaminazaların aktivliyinə  təsrininöyrənilməsi üçün 300 gümüşü, 200 xarko, 200 yerli cinsdən olan 20 günlük və yerli cinsdən olan  3 sutkalıq 1000 cücə üzərində tədqiqatlar aparılır.