XƏBƏRLƏR
2149 Arxiv

2019.03.06

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi

06 mart 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. Şuranı giriş sözü ilə institut direktoru f.ü.f.d.  Elman Yusifov  açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırdı. Belə ki, Zoologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, 2018/2019-cu tədris ili üçün doktoranturaya qəbulun nəticələri, b.ü.e.d. Əli Nəsirovun 2429.01- Parazitologiya ixtisasında “Dosent” elmi adı alması, 08 noyabr 2018-ci ildə “Elm” qəzetində elan olunmuş müsabiqəyə seçkilərin keçirilməsi və müxtəlif məsələlər müzakirə olunub, qərarlar qəbul edilib.