XƏBƏRLƏR
2153 Arxiv

2019.03.01

Zoologiya İnstitutunda Beynəlxalq Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi

1  mart 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda “1 mart Ümumdünya Mülki Müdafiə  günü “ ilə bağlı tədbir keçirildi.

Mülki Müdafiə qərargah rəisi Eldar Bayramov  “ Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir ” mövzusu ilə çıxış edərək, əməkdaşlara fövqəladə hallarda davranış qaydaları haqqında ətraflı məlumat verdi. Bundan əlavə mövzuya uyğun foto və video materiallar təqdim edildi.

İclasda həmçinin Mülki Müdafiə haqqında Azərbaycan Respublikası qanunu, Mülki Müdafiənin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş -  “1 mart Ümumdünya Mülki Müdafiə  günü” haqqında da maraqlı faktlar dinlənildi  .

Yekunda suallar cavablandırıldı, təkliflər və mülahizələr dinlənildi.