2019.02.28
Zoologiya İnstitutunun elmi seminarının növbəti iclası keçirildi
28 fevral 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunun elmi seminarının növbəti iclası keçirildi. İclasda Protozoologiya laboratoriyasının elmi işçisi Elyanə Tahirovanın “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyyələr və “yırtıcı” jurnalları xarakterizə edən xüsusiyyətlər” mövzusunda məruzəsi dinlənildi.
Seminarda son illərdə dünya alimlərini aldadaraq pullarını mənimsəyən "yırtıcı jurnallar"ın üzə çıxdığı qeyd edilib ki, tədqiqatçıların bu məsələdə diqqətli olması, məqalələrini tanınmış jurnallarda dərc etdirməsinin vacibliyi vurğulanıb. Həmçinin məqalələrin düzgün tərtibi, eləcə də nüfuzlu jurnalların seçilməsi ilə bağlı məlumatlar iclas üzvlərinin nəzərinə çatdırılıb.