XƏBƏRLƏR
2400 Arxiv

2019.02.21

Zoologiya İnstitutunun Həmkarlar Təşkilatı Komitəsinin iclası keçirildi

Fevralın 21-də AMEA Zoologiya İnstitutunda AMEA AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun sədrliyi ilə iclas keçirildi. İclasda institut Həmkarlar Təşkilatı Komitəsinin tərkibində qismən dəyişiklik edilməsi məsələsinə baxıldı. İnstitut əməkdaşlarından Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Reyhan İbrahimova, Protozoologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nailə İsgəndərova, Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Vəfa Xəlilova, Hidrobiologiya laboratoriyasının kiçik elmi işçisi Arzu Qasımova, baş mütəxəssis Pərviz İbrahimli və Tətbiqi Zoologiya Mərkəzinin mühəndisi Kamran Şəfiyevin namizədlikləri irəli sürüldü. Namizədlərin seçilməsi açıq səsvermə yolu ilə keçirildi və namizədlikləri irəli sürülmüş əməkdaşlar AMEA Zoologiya İnstitutunun Həmkarlar Təşkilatı Komitəsinə üzv seçildilər.