XƏBƏRLƏR
2074 Arxiv

2019.02.18

Mikrobologiya İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə gümüş medala layiq görülüb

Bakı şəhəri, Səbail rayonu 160 nömrəli klassik gimnaziyanın şagirdi Kamil Məhərrəmov “Sabahın alimləri“ VIII Respublika müsabiqəsinin “Biologiya” nominasiyası üzrə gümüş medalına layiq görülüb.

Layihə AMEA-nın Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri Könül Baxşəliyevanın rəhbərliyi altında yerinə yetirilib.

Qeyd edək ki, 12-14 fevral tarixlərində keçirilən müsabiqədə Bakı, Sumqayıt, Ağdaş, Qax, Balakən, Şəki və digər bölgələrdə yerləşən ümumtəhsil müəssisələrindən şagirdlər iştirak ediblər.

http://science.gov.az/news/open/9800