XƏBƏRLƏR
520 Arxiv

2019.02.15

Fiziologiya İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə bürünc medala layiq görülüb

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinif şagirdləri Tahirə Əliyeva və Almaz Məmmədova “Sabahın alimləri“ VIII Respublika müsabiqəsinin “Tibb və sağlamlıq” nominasiyası üzrə bürünc medalla təltif olunublar.

Onlar bu mükafata “Stresə qarşı individual reaktivliyə malik olan heyvanlarda antidepresantların həyəcanlılıq durumuna etoloji effektlərin öyrənilməsi“ adlı layihələrinə görə layiq görülüblər.

Layihə AMEA-nın akad. A.Qarayev adına Fiziologiya İnstitutunun baş elmi işçisi, b.ü.e.d. Xədicə İsmayılovanın rəhbərliyi altında yerinə yetirilib.

Qeyd edək ki, 12-14 fevral tarixlərində keçirilən müsabiqədə Bakı, Sumqayıt, Ağdaş, Qax, Balakən, Şəki və digər bölgələrdə yerləşən ümumtəhsil müəssisələrindən şagirdlər iştirak ediblər.

http://science.gov.az/news/open/9788