XƏBƏRLƏR
3071 Arxiv

2019.02.14

Zoologiya İnstitutunda növbəti elmi seminar keçirilib

14 fevral 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Bilal Bilalov, həmin institutun Hesablama riyaziyyatı və informatika şöbəsinin müdiri texnika elmləri namizədi, dosent Həsən Nağıyev və Qeyri-harmonik analiz şöbəsinin böyük elmi işçisi Zakir Zabitovun iştirakı ilə “Bəzi bioloji proseslərin dinamik riyazi modeli” mövzusunda elmi seminar keçirilib. Seminarda üç riyazi model – “Yaşıl palıd yarpaqbükəninin çoxillik say dinamikası”, “Hörümçəkkimilərin növlərarası qidaya görə rəqabətli münasibətlərində say dinamikasının riyazi modeli” və “Azərbaycanda exinokokkozun yayılmasının say dinamikasının riyazi modeli” mövzusunda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əli Məmmədov və biologiya üzrə fəlsəfə doktoru Şeyda Məhərrəmovanın  məruzəsi dinlənilib. Bu modellərin müvafiq bioloji proseslərə adekvatlığı göstərilib, riyazi modelləşdirmənin tədqiqat işlərinin daha dərindən araşdırılmasına kömək edən vasitə olduğu  və zooloqların hansı tədqiqat işlərində bu metodların tətbiq edilə biləcəyi barədə müzakirələr aparılıb.