XƏBƏRLƏR
3294 Arxiv

2016.05.17

Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru Elman Yusifov Zooloji Muzeyin gələcək inkişafının yüksəlməsi üçün hazırlanan “Zooloji Muzeyin Konsepsiyası”na dair qeydlər haqqında məruzə etmək üçün sözü “Su heyvanları” şöbəsinin müdiri Şaiq İbrahimova verdi. Məruzədən sonra əməkdaşlar muzey haqqında öz təkliflərini verdilər.

İclasda ekspedisiyalar haqqında da müzakirələr oldu. Qeyd edildi ki, şöbə müdirləri elmi tədqiqatlar üçün təşkil olunan ekspedisiyalara gedən əməkdaşların hansı mövzuya əsasən materiallar toplanmasına nəzarət etsin və bu haqda məlumatı hesabat şəklində institutun elmi işlər üzrə direktor müavini Zakir Məmmədova təqdim etsinlər.