XƏBƏRLƏR
2855 Arxiv

2019.02.11

Zoologiya İnstitutunda elmi seminarın növbəti iclası keçirilib

11 fevral 2019-cu il tarixində AMEA Zoologiya İnstitutunda “Bəzi bioloji proseslərin dinamik riyazi modeli” mövzusunda elmi seminar keçirilib. Seminarda üç riyazi model – “Yaşıl palıd yarpaqbükəninin çoxillik say dinamikası”, “Hörümçəkkimilərin növlərarası qidaya görə rəqabətli münasibətlərində say dinamikasının riyazi modeli” və “Azərbaycanda exinokokkozun yayılmasının say dinamikasının riyazi modeli” mövzusunda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əli Məmmədovun məruzəsi dinlənilib. Belə ki, bu modellərin müvafiq bioloji proseslərə uyğunluğu göstərilib, riyazi modelləşdirmənin tədqiqat işlərinin daha dərindən araşdırılmasına kömək edən vasitə olduğu  və zooloqların hansı tədqiqat işlərində bu metodların tətbiq edilə biləcəyi barədə müzakirələr aparılıb.