XƏBƏRLƏR
2807 Arxiv

2019.02.05

Clarivate Analytics (Thomson Reuters) şirkətinin AMEA Biologiya və Tibb Elmləri Bölməsinin İnstitutları üçün seminarı keçiriləcək

Clarivate Analytics (Thomson Reuters) şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyyələr" adlı seminarın keçirilməsi nəzərdə tutulur.

Rus dilində keçiriləcək seminar "Web of Science" platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdim edilmə qaydaları, seçim meyarları və digər praktiki məsələləri əhatə edəcək.

Tədbirə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə aid elmi müəssisələrin alim və mütəxəssisləri dəvət olunur.

Qeyd: İneş Kenjina nüvə fizikası sahəsində 20-dən çox Web of Science indeksli məqalənin müəllifidir.

 Tarix: 08 fevral 2019-cu il, saat 11:00, Qeydiyyat: 10.30

Ünvan: AMEA-nın Əsas binası (H.Cavid pr. 115, II mərtəbə), kiçik zal

http://bei.science.gov.az/az/announce/17