2016.05.10
Elmi Şuranın növbəti iclası keçirilib
AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru Elman Yusifov iclasıgiriş sözü ilə açaraq, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli, mənalı ömür yolundan danışdı. Xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Həmçinin Elmi Şurada aşağıdakı məsələlər müzakirə olundu:
1. Elmi tədqiqatların idarə edilməsinin təkmilləşdirilməsi haqqında;
2. Kadrların potensialından səmərəli istifadə və idarəetmənin təkmilləşdirilməsi haqqında;
3. Kadr təyinatlarının təsdiqi haqqında;
4. Müxtəlif məsələlər.




