2019.01.18
Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya “Genetika” ixtisasından qəbul imtahanı keçirilib.
2 nəfər iddiaçının iştirak etdiyi imtahan uğurla başa çatıb.
Qeyd edək ki, fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılıb. Komissiyanın sədri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, üzvləri, professorlar - Ramiz Əliyev, Naib Əminov, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski və biologiya üzrə fəlsəfə doktoru Vüsalə İzzətullayevadır.
http://science.gov.az/news/open/9556