XƏBƏRLƏR
3224 Arxiv

2019.01.07

“Botanika dünyası” adlı məlumat bülleteninin yeni sayı çap olunub

AMEA-nın Botanika İnstitutu tərəfindən “Botanika dünyası” adlı məlumat bülleteninin 15-ci sayı işıq üzü görüb.

Azərbaycan və ingilis dillərində çap olunan nəşrin bu sayı institutun 2018-ci ildəki elmi fəaliyyətinə həsr olunub.

Vəsaitdə Azərbaycan botanika elminin inkişafında misilsiz xidmətləri olan görkəmli alimlərin yubileylərinə həsr olunmuş tədbirlər, müəssisədə həyata keçirilən layihələrin nəticələri, beynəlxalq əməkdaşlıq, elmi seminarlar, elm-təhsil çərçivəsində gənc kadrların hazırlığı, müştərək ekspedisiyalar və s. haqqında məlumatlar öz əksini tapıb.

http://science.gov.az/news/open/9484