XƏBƏRLƏR
3022 Arxiv

2019.01.03

Zoologiya İnstitutunun əməkdaşları "İdeya var" gənclərin II Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində ən yaxşı ideyaya görə fərqlənmə diplomu ilə mükafatlandırılıblar

25 dekabr 2018-ci tarixində AMEA Zoologiya İnstitutunun “Tətbiqi Zoologiya Mərkəzi”nin kiçik elmi işçisi Ləman Dadaşova və “Quru Onurğalıları” laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "İdeya var" gənclərin II Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə iştirak ediblər və “ən yaxşı ideya”ya görə fərqlənmə diplomu ilə mükafatlandırılıblar.

Elmi-yaradıcılıq müsabiqəsində Ləman Dadaşova “Şərq tibb zəlisinin kosmetologiya və tibdə istifadəsi”, Sevinc Rəcəbova isə “Azərbaycanda nadir və nəsli kəsilməkdə olan quşların səmərəli qorunması üçün müasir təbiəti mühafizə avadanlıqlarından (GPS xaltalar) istifadə” adlı layihələri ilə iştirak ediblər. Əməkdaşlarımızın təqdim etdikləri layihələr müsabiqədə müxtəlif ali təhsil ocaqları, gənc alimlər tərəfindən təqdim olunan 187 layihə içərisindən seçilmiş 25 ən yaxşı “İdeya var!” gənclərin ikinci Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində sərgilənib.