XƏBƏRLƏR
3260 Arxiv

2018.12.24

Akif Qədirovu 70 illik yubileyi münasibəti ilə təbrik edirik!!!

AMEA Zoologiya İnstitutu Ağsu Təcrübə Dayaq Məntəqəsinin müdiri Akif Qədirov 1948-ci il  dekabr ayının 23-də Ağsu rayonunun Musabəyli kəndində anadan olub.  1965-ci ildə Energetika Texnikumunu, 2005-ci ildə Beynəlxalq Universitetin Neft və Qaz yataqlarının işlənməsi və istismarı fakultəsini bitirib. 1966-cı ildən 2014-cü ilə qədər Ağsu Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə, 1990-cı ildən 2014-cü ilədək Ağsu Elektrik şəbəkəsinin rəisi vəzifələrində çalışıb. 2016-cı ildən hal-hazıradək Ağsu Təcrübə Dayaq Məntəqəsinin müdiri vəzifəsində çalışır. A.Qədirovun çalışdığı müddətdə böyük uğurlara imza atılıb. Belə ki, instituta aid ərazilərdə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirilib.  Alınan kənd təsərrüfatı məhsulları institut əməkdaşlarına paylanılıb. 

 Akif müəllimi 70  illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və işlərində yeni uğurlar arzu edirik.