XƏBƏRLƏR
2455 Arxiv

2018.12.17

Zoologiya İnstitutunda növbəti dəfə iməclik təşkil olunub

15 dekabr 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunda növbəti dəfə iməclik təşkil olunub. İməclik zamanı əməkdaşlar institut  həyətində  böyük abadlıq işləri aparıblar. Belə ki, əməkdaşlar tərəfindən  ağaclara qulluq göstərilib, onların dibi yumşaldılıb, ərazi qurumuş otlardan təmizlənib, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılıb, ərazi küləyin gətirdiyi məişət tullantılarından təmizlənib. Bununla bərabər institutun otaq və dəhlizlərində də təmizlik işləri aparılıb.