XƏBƏRLƏR
4059 Arxiv

2018.12.14

Zoologiya İnstitutu növbəti dəfə süni göllərdə yetişdirdiyi yüksək keyfiyyətli balıqları tədqiq edildikdən sonra əməkdaşlarına paylayıb

AMEA Zoologiya İnstitutu ölkədə ekoloji təmiz məhsulların alınması üçün apardığı eksperimentlər üzrə uğurlu nəticə əldə etməkdə davam edir. İnstitutun Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində çəki və ağamur balıq növlərinin süni çoxaldılmasında yüksək nailiyyətlər əldə edilib. Belə ki, yetişdirilmiş 350 ədəd çəki, 350 ədəd ağamur balıqları AMEA Rəyasət Heyəti və  Zoologiya İnstitutu əməkdaşlarına paylanılıb.
  Hal-hazırda göllərdə həm əmtəə, həm də elmi-tədqiqat işlərinin aparılması məqsədi ilə təbii şəraitə maksimum uyğunlaşdırılmış, parazitoloji analizdən keçirilmiş, yüksək ekoloji keyfiyyətə malik koi, naxa, qalınalın, çəki, ağamur balıq növləri yetişdirilməkdə davam edir.