XƏBƏRLƏR
3272 Arxiv

2016.04.26

Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru Elman Yusifov iclasda bir sıra məsələlərə toxunub. O, Zoologiya İnstitutunun vivariumun vəziyyəti və fəaliyyəti haqqında çıxış edərək, öz tövsiyələrini verdi. Ümumi işlər üzrə direktor müavini Ərşad Cəlilov vivariumun fəaliyyətinin bərpa edilməsi haqqında danışdı. 

Elman Yusifov İnstitutun 80 illik yubileyinə həsr olunmuş konfransa hazırlıqlarla bağlı məruzə etdi.

İclasın sonunda İnstitutun Elmi Şurasının tərkibində dəyişikliklər haqqında danışıldı.