XƏBƏRLƏR
2972 Arxiv

2018.11.20

Zoologiya İnstitutunun 2018-ci il üzrə illik hesabatı keçirilib

07, 08, 12, 14 noyabr 2018-ci il tarixlərində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının geniş iclasında institutun laboratoriya və şöbələrinin illik hesabatları dinlənilib. Belə ki, Zoologiya İnstitutunun Protozoologiya, Hidrobiologiya, Quru Onurğalıları, Parazitologiya, Quru Onurğasızları laboratoriyalarının, Tətbiqi Zoologiya Mərkəzi və  Zooloji muzeyin, həmçinin Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və Təhsil şöbələrinin illik hesabatları dinlənilib və qəbul edilib. Hesabatda məhsul şəxslər 2018-ci il ərzində gördükləri işləri, hazırladıqları proyektləri, il ərzində əməkdaşların qazandıqları nəaliyyətləri, beynəlxalq konfrans və seminarlarda iştirakları, tədqiqatlar zamanı əldə olunan nəticələri və mühüm nəticələri, laboratoriya əməkdaşları tərəfindən çap olunan əsərləri, o cümlədən Qafqaz faunası üçün( hətta elm üçün)  yeni növ və cinslərin qeyd olunması haqqında qısa məlumatları İnstitut direktoru və Elmi Şura üzvlərinin nəzərinə çatdırıblar.