XƏBƏRLƏR
3570 Arxiv

2018.11.06

Zoologiya İnstitutunda növbəti elmi seminar keçirilib

02 noyabr 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının elmi işçisi Elyanə Tahirova institutun elmi seminarında “Lənkəran təbii vilayətinin şirin su hövzələrinin çanaqlı amöblər (Testacea) faunası və müxtəlif biotoplarda növlərin paylanma qanunauyğunluğu” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı çanaqlı amöblərin eukariotlar sistemində yeri, Lənkəran təbii vilayətinin şirin su hövzələrinin çanaqlı amöblərinin biomüxtəlifliyi, plankton, perifiton və bentik növlərin rast gəlmə tezliyi, dominant növlər haqqında məlumat verib. Onun apardığı tədqiqatlar nəticəsində 11 fəsiləyə aid 126 növ qeydə alınıb. Bunlardan 1 növ (Difflugia alekperovi Snegovaya and Tahirova, 2015) elm üçün, 3 növ Qafqaz faunası üçün (Difflugia microclaviformis Kourova, 1925, D.petricola Cash, 1909, Difflugia biconcava  Ertl, 1964) ilk dəfə qeyd olunub.