XƏBƏRLƏR
2892 Arxiv

2018.10.30

Səyyar laboratoriya vasitəsilə kompleks torpaq tədqiqatları aparılır

AMEA-nın Yüksək Texnologiyalar Parkı, Torpaqşünaslıq və Aqrokimya İnstitutu (TAİ) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə səyyar (mobil) laboratoriya vasitəsilə respublikanın regionlarında kompleks torpaq tədqiqatları aparılması işlərinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin yerlərdə olan mütəxəssislərinin iştirakı ilə aparılacaq tədqiqatlardan sonra yerli sahibkarlar və fermerlərlə görüşlər keçirilməsi, onlara torpaqlardan daha səmərəli istifadə olunması məqsədilə məsləhətlər verilməsi nəzərdə tutulur.

Yaradılan İşçi Qrupu öz işinə oktyabrın 30-da Göyçay rayonundan başlayıb. İşçi Qrupunda TAİ-ni Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.ü.e.d. Mustafa Mustafayev, Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyasının müdiri, a.e.ü.f.d Mirvari Məmmədova və elmi işçi, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev təmsil edirlər.

http://science.az/news/open/9032