XƏBƏRLƏR
3008 Arxiv

2018.10.19

Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin növbəti iclası keçirilib

Oktyabrın 19-da AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. H.Qurbanov AHİ-nin büdcəsinin əməkdaşların əmək haqqı və mükafatından daxil olan 1,5 faiz hesabına formalaşdığını söyləyib. O, AHİ-nin aparatında yaranan maliyyə çətinliyinə görə 4 ştatın (mütəxəssis, sədrin müşaviri, mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri və mühasib) ləğv olunması təklifini irəli sürüb.

İclasda Azad Həmkarlar İttifaqının aparatında struktur dəyişikliyinin edilməsi və 4 ştatın ləğv olunması yekdilliklə təsdiqlənib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

http://science.gov.az/news/open/8966