XƏBƏRLƏR
2946 Arxiv

2018.10.17

Hüceyrə texnologiyalarının təcrübədə istifadəsinə həsr olunan tədbir keçirilib

AMEA-nın Fiziologiya İnstitutunda “Hüceyrə texnologiyaları gələcəyin texnologiyalarıdır” mövzusunda elmi-praktiki videoseminar keçirilib.

Tədbir Azərbaycan da daxil olmaqla, MDB ölkələrində analitik avadanlıq və mikroskopiya sahəsində fəaliyyət göstərən "Carl Zeiss" və başqa dünya brendlərinin nümayəndəsi olan "OPTEC" şirkəti tərəfindən təşkil olunub.

Şirkətin Hüceyrə texnologiyaları şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Tamara Malıgina seminarda hüceyrə texnologiyalarının aktual problemləri və bu texnologiyaların müasir nailiyyətlərinin praktiki istifadəsi üzrə məlumatları iştirakçılara təqdim edib. Seminar çərçivəsində, həmçinin hüceyrə texnologiyaları mərkəzlərinə qoyulan tələblər və onların təchizatına müasir yanaşmalardan da söhbət açılıb.

Daha sonra tədbir iştirakçıları müasir tədqiqat avadanlıqları vasitəsilə təcrübələrin aparılmasına yeni yanaşmalar və bu avadanlıqlardan istifadə etməklə həll edilməsi mümkün olan elmi və praktiki məsələlərin ayrı-ayrı nümunələri ilə tanış olublar.

http://science.gov.az/news/open/8941