XƏBƏRLƏR
2965 Arxiv

2018.10.15

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin iclası keçirilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin növbəti iclası keçirilib.

Tədbiri şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovaçaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Bildirib ki, cari ilin dekabr ayında GAMŞ-ın fəaliyyətə başlamasının 5 ili tamam olacaq və bununla əlaqədar şura tərəfindən ictimayyətə yubiley hesabatı veriləcək, həmçinin görülən işlər buklet şəklində nəşr ediləcək.

F.Salmanov şuranın ötən dövr ərzində AMEA-nın elmi-ictimai fəaliyyətində, akademiya rəhbərliyinin elmi gəncliklə bağlı müəyyənləşdirdiyi strategiyanın həyata keçirilməsində mühüm rol oynadığını söyləyib.

Sədr noyabr ayında ənənəvi olaraq hesabatların dinləniləcəyini vurğulayıb, institutlar üzrə yerli şuraların hesabatları vaxtında hazırlayaraq müvafiq bölmə katiblərinə təqdim etmələrini tapşırıb.

http://science.gov.az/news/open/8915

F.Salmanov GAMŞ-ın əsasnaməsinə uyğun olaraq institut və təşkilatlarda səlahiyyət müddəti başa çatmış yerli şuralara seçkilərin keçirilməsinin, yaş senzinin nəzərə alınmaqla idarə heyətlərinin tərkibinin yenilənməsinin, xüsusilə magistrant və doktorantlara üstünlük verilməsinin zəruriliyini bildirib.

Daha sonra AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun GAMŞ sədri, b.ü.f.d. Ulduzə Mehvalıyeva, Folklor İnstitutunun GAMŞ sədri, fil.ü.f.d. Nail Qurbanov və digərləri çıxış edərək gündəliyə çıxarılan məsələlər barədə fikir və təkliflərini söyləyiblər.

http://science.gov.az/news/open/8915